Zelenski Almaniyadan şikayət edib

Zelenski Almaniyadan şikayət edib
21 İyn 2025 20:30

Almaniya Ukraynanı dəstəkləsə də, Rusiyanın hərbi ehtiyaclar üçün dəzgahlar satmağa da davam edir.

News365.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidneti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, bu cür təchizat prosesində 13 alman şirkəti iştirak edir. Ümumilikdə, Kiyevin məlumatına görə, Rusiya müxtəlif ölkələrdən 860 əlavə dəzgah almağı planlaşdırır.

Zelenski qeyd edib ki, Çindən 52, Tayvandan 15, Çexiyadan 8, Cənubi Koreyadan 6, Yaponiyadan üç, Hindistandan üç və ABŞ-dən də tədarüklər qeydə alınıb.

Kiyev sanksiyalar tətbiq etmək çağırışı ilə bu tədarükçülər haqqında məlumatları Aİ və ABŞ-dakı tərəfdaşlarına ötürüb.


Sizin reklam burada
Sizin reklam burada