Kompüterlərdən və elektron cihazlardan min illər əvvəl insanlar səma cisimlərinin hərəkətini hesablaya bilən mexanizm yaradıblar.
News365.az xəbər verir ki, bu, 1901-ci ildə Yunanıstan yaxınlığında batmış gəmidən tapılan Antikitera mexanizmidir.
Təxminən 2 100 il yaşı olan bu qurğu bir çox tədqiqatçı tərəfindən dünyanın ən qədim analoq kompüteri hesab edilir. Bürüncdən hazırlanmış dişli çarxlar vasitəsilə Günəş və Ayın hərəkətini, Ayın fazalarını, tutulmaları və qədim Olimpiya oyunlarının tarixlərini hesablamaq mümkün olub. Onun mürəkkəb quruluşu qədim yunanların texnoloji biliklərinin gözləniləndən daha yüksək olduğunu göstərir.