Yuliya Navalnaya: “Putinlə razılaşmaq mənasızdır, sizi aldadacaq”

Yuliya Navalnaya: “Putinlə razılaşmaq mənasızdır, sizi aldadacaq”
16 Fev 2025 12:00

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında Rusiyanın mərhum müxalif lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya çıxış edib.

O, həyat yoldaşının bir il əvvəl Rusiya həbsxanasında öldüyünü xatırladaraq, bu hadisədə Rusiya Prezidenti Vladimir Putini ittiham edib.

“Exo Kavkaza” nəşrinin məlumatına görə, Navalnaya çıxışında Putinin yalan danışdığını və qaydaları öz maraqlarına uyğun dəyişdiyini vurğulayıb:

“Əgər siz Putinlə danışıqlar aparmaq qərarı vermisinizsə, sadəcə xatırlayın ki, o aldadacaq, yalan danışacaq, qaydaları son anda dəyişəcək və öz oyununu oynamağa vadar edəcək”.


Sizin reklam burada
Sizin reklam burada