Yolu keçən qadını maşın vurub öldürdü

Yolu keçən qadını maşın vurub öldürdü
02 May 2025 23:35

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadını vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada