Qəzada həlak olanların ailələrinə bu qədər ödəniləcək

Qəzada həlak olanların ailələrinə bu qədər ödəniləcək
26 Dek 2024 21:00

Azərbaycan Hava Yolları QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış Azərbaycan Hava Yolları Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.


News365.az xəbər verir ki, bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.



Youtube kanalımız