Beqlov da Azərbaycana başsağlığı verdi

Beqlov da Azərbaycana başsağlığı verdi
26 Dek 2024 19:15

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın baş konsulluğunda başsağlığı kitabına ürək sözlərini yazıb, diplomatik nümayəndəliyin binası önünə gül qoyub.


News365.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Administrasiyasının mətbuat mərkəzindən məlumat verilib.


Dekabrın 26-da qubernator Aleksandr Beqlov baş konsulluğa gələrək başsağlığı kitabında kədərini ifadə edib:


“Aktau şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Sankt-Peterburq sakinləri adından dərin hüznlə başsağlığı verirəm”. A.Beqlov həlak olanların doğmalarına və yaxınlarına dəstək sözlərini bildirib, xəsarət alanların tezliklə sağalmasını diləyib.


Qubernator yazıb: “Sankt-Peterburq sakinləri dost Azərbaycan Respublikası xalqının ağrı və kədərini bölüşürlər”.


Youtube kanalımız