Sabah “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir.
News365.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini, Aktauda baş vermiş təyyarə qəzasını araşdıracaq komissiyasının rəhbəri Kanat Bozumbayev bu gün keçirilən brifinqdə bildirib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.