Yoldan keçənləri güllələdi -VİDEO

Yoldan keçənləri güllələdi -VİDEO
15 May 2025 11:10

Rusiyanın Şimali Osetiya bölgəsində güclü atışma olub. Bu barədə “Redovka” Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, atışmanı üç nəfər təşkil edib. 

“Şimali Osetiyada, Ardonda üç kişi qan davası üzərindən atışma törədib. Müşahidə kamerasına saqqallı şəxslərin "07" ilə avtoyuma məntəqəsinə necə getməsi də düşüb",- paylaşımda yazılıb.


Küçə kamerası kişilərdən birinin atışmaya necə başlamasını, daha sonra qaçaraq maşına minib oradan uzaqlaşdığını göstərir. Bundan əlavə, görüntülərdə şahidlərin zərərçəkənlərin yanına qaçması da əks olunub.

Mənbənin məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ağır yaralanıb. Avtomobil yuma məntəqəsinin sahibi isə qolundan yaralanıb. Ümumilikdə üç nəfərin atışması məlum olub.



Tural


Sizin reklam burada
Sizin reklam burada