Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil

Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil
09:55

"ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki silahlı münaqişəni tezliklə başa çatdırmaq niyyətində deyil. İrana qarşı əməliyyat hələ ən azı bir neçə həftə davam edə bilər".

News365.az xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ liderinin bəzi müşavirləri onu əməliyyatı başa çatdırmağa inandırmağa çalışır.

"Tramp İrana müttəfiq qüvvələrlə zərbələr endirməyə davam etmək niyyətindədir. Bu, prezidentin ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulmuş vəzifələri demək olar ki, yerinə yetirməsinə dair rəsmi bəyanatlarına ziddir.

Pentaqon əməkdaşları hesab edir ki, döyüş əməliyyatları hələ ən azı bir neçə həftə davam edəcək. Hərbi əməliyyatın başlanması barədə qərar qəbul edərkən prezident ABŞ Silahlı Qüvvələrinin İran üzərində sürətli və qətiyyətli qələbə qazanmaq qabiliyyətinə əmin idi. Tramp 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrdən, həmçinin Venesueladakı əməliyyatdan ilhamlanmışdı. Lakin İrana qarşı döyüş əməliyyatları ABŞ-yə həftəlik milyardlarla dollara başa gəlir. Proses uzunmüddətli və daha genişmiqyaslı regional münaqişəyə çevrilə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək", - deyə nəşri məlumatlandıran mənbə bildirib.


Sizin reklam burada
Sizin reklam burada