"Bu gün Beynəlxalq Cinayət Məhkəməsi İsrailin təqdim etdiyi sübut və arqumentlərə məhəl qoymayaraq, əslində İran rejiminin İsrailə qarşı başlatdığı regional müharibənin tərəfini tutdu".
News365.az "TASS"a istinadən xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib. Netanyahunun ofisinin müşavirinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin məqsədi İsraili müttəfiqlərindən təcrid etmək və İsrailə qarşı terror hücumlarını asanlaşdırmaq olan antisemit çalarlarla tam dezinformasiya kampaniyasını dəstəkləməkdir.
Qeyd edək ki, bu, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına ilk rəsmi reaksiyasıdır.