Yeni Klinikada doğuş zamanı ölüm faktı qeydə alınıb.
News365.az xəbər verir ki, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün Yeni Klinikaya üz tutub. Doğuş zamanı Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb.
Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.
Məlumata görə, bu Nərmin Əliyevanın ikinci hamiləliyi olub, 5 yaşında bir övladı var və doğuşdan əvvəl səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
Faktla bağlı araşdırma aparılır.