Rusiyada dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, Çelyabinsk vilayətinin sakini yeni doğulmuş övladına amansız münasibət göstərdiyi üçün məhkəmə qarşısına çıxacaq. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə Satka rayonunun Suleyə kəndində baş verib. İstintaqın məlumatına görə, 33 yaşlı qadın hamiləliyinin 40-cı həftəsində hamamda uşaq dünyaya gətirib. Körpə oğlan olub və douşdan sonra ana onu selofan paketə qoyaraq paltaryuyan maşına atıb. Ana daha sonra maşını bağlayıb:
"Paltaryuyan maşın otaqda deyil, qızdırılmayan soyuq bir yerdə olub. Temperatur mənfi altı dərəcə olduğu üçün uşaq sağ qalmayıb".
Tural