Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit tərəfindən şillələnməsini əks etdirən videonun həqiqiliyini təsdiqləyib. Bu barədə RMC məlumat yayıb.
Fransa liderinin mətbuat xidməti hadisəni “evlilik davası” adlandırıb.
Bu arada Makronun yaxın dostu deyib ki, şillə hadisəsi siyasətçinin həyat yoldaşının tur başlamazdan əvvəl bir az "dəliliklərə" icazə verdiyi ana təsadüf edib.
Xatırladaq ki, mayın 26-da məlum olub ki, Emmanuel Makron bir həftəlik Cənub-Şərqi Asiya turnesinə başlamazdan əvvəl həyat yoldaşı tərəfindən şillələnib. Vyetnamın Hanoy hava limanında çəkilmiş kadrlarda prezident təyyarəsinin qapısının açılması da düşüb. Təyyarənin içərisində isə Emmanuel Makron gözlənilməz halla üzləşir. Bu zaman kadrda onun arvadının əli görünür və qadının özü də tam görünməsə də, o, Makrona yüngül zərbə endirir.
Tural