ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalları artmaqda davam edir.
News365.az xəbər verir ki, ABŞ-ın yaxın günlərdə İrana hərbi zərbə endirə biləcəyi barədə məlumatın yayılmasından dərhal sonra beynəlxalq səviyyədə təhlükəsizlik tədbirləri və kütləvi təxliyələr başlayıb.
Xəbərə görə, Almaniya, Çin və Tayvan vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə çağırıb. İsveçdə də analoji xəbərdarlıq yayımlanıb, digər ölkələrin rəhbərləri isə vətəndaşlarına eyni çağırışları edir.
Məlumatlarda ABŞ Konqresinin də İrana açıq çağırış etdiyi bildirilib:
“Xalqınızı qoruyun, rejimi dəyişin” – deyə təzyiq göstərilir. ABŞ-ın sabiq prezidenti Donald Trump isə son müraciətində “Əlinizdən gələni edin, yardım yoldadır” ifadəsini işlədirək gərginliyi artırıb.
Hazırda regionda və beynəlxalq səviyyədə vəziyyət diqqətlə izlənilir və təhlükəsizlik tədbirləri gücləndirilib.
News365.az