Yaradıcı sənayelərdə ixtisaslar artırılır

Yaradıcı sənayelərdə ixtisaslar artırılır
12:13

“İxtisasların sayının 10 faiz artırılması hesabına sektorun davamlı inkişafı və beynəlxalq bazarlarda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi hədəflənir”.

News365.az xəbər verir ki, bunu Mədəniyyət və yaradıcı sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunduğu mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.

O bildirib ki, bu məqsədlə 2025-ci il ərzində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Mərkəz artıq fəaliyyətə başlayıb və yaradıcılarla əməkdaşlıq çərçivəsində bir sıra yeni biznes subyektləri formalaşdırılıb:

“Həmçinin dörd yeni start-up layihəsi və təhsil proqramı həyata keçirilib. 600-dən çox şəxs bacarıqlarını artırmaq məqsədilə keçirilən təlimlərdə iştirak edərək sertifikat alıb”.

Səadət Yusifova qeyd edib ki, əsas nəticələrdən biri Mədəniyyət Nazirliyinin Kollegiya Qərarı ilə təsdiqlənmiş “Mədəniyyət və Yaradıcı Sahələr üzrə Xüsusi Təqaüd Proqramı”dır:

“Bu proqram çərçivəsində gənclərə oyun sənayesi, teatr və performans, yaradıcı texnologiyalar kimi müxtəlif sahələrdə dəstək göstərilir”.


Sizin reklam burada
Sizin reklam burada