Xocalıda uzun illər sonra Od çərşənbəsi qeyd edildi

Xocalıda uzun illər sonra Od çərşənbəsi qeyd edildi
04 Mar 2025 23:15

Uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də Od çərşənbəsi qeyd olunub.


News365.az xəbər verir ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.


Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.


Sizin reklam burada
Sizin reklam burada