Zelenski Trampdan üzr istəmədi

Zelenski Trampdan üzr istəmədi
04 Mar 2025 21:59

ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə görüş gözlənildiyi kimi keçmədi.


News365.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X səhifəsində yazıb.


"Bunun baş verməsi utancvericidir. Hər şeyi düzgün etməyin vaxtıdır. Biz gələcəkdə konstruktiv əməkdaşlıq və ünsiyyət görmək istərdik”, - deyə o bildirib.


Bundan əlavə, dövlət başçısı bir daha vurğulayıb ki, Ukrayna istənilən vaxt faydalı qazıntılar və təhlükəsizliklə bağlı saziş imzalamağa hazırdır.


Qeyd edək ki, Ağ Evdə Oval Ofisdə Zelenski ilə Tramp arasında baş tutan görüşdə tərəflərin mübahisəsi dünya ictimaiyyətində böyük rezonansa səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada