Ədliyyə Nazirliyi fərdi sahibkar Təranə Abid qızı Mahmudova ilə satınalma müqaviləsi imzalayıb.
News365.az xəbər verir ki, müqavilə Binəqədi rayon icra şöbəsi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlıdır.
340,2 kv metrlik ofis sahəsinə görə sahibkara 34 800 manat ödəniləcək.
Təranə Mahmudova həm də "A.N.N.N.” şirkətinin qanuni təmsilçisidir.
Mediada gedən məlumatlara görə, baş nazirin keçmiş müavini Abid Şərifovun qızı olan Təranə Mahmudova eyni zamanda "Optimed” Tibb Mərkəzinin direktoru və "Güvən 17” MMC-nin təmsilçisidir.
Təranə Mahmudova 6 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır.