XİN-dən Türkiyəyə təbrik

XİN-dən Türkiyəyə təbrik
30 Avq 2025 12:58

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.

News365.az xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.

“30 Avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini ürəkdən təbrik edirik!

Bu əlamətdar gün münasibətilə qardaş ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qardaş xalqımızın sarsılmaz güc və iradəsi ilə əldə etdiyi tarixi zəfəri qürurla qeyd edirik.

Bayramınız mübarək!” - paylaşımda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada