Rusiya ədliyyə nazirinin keçmiş müavini Sergey Tropin yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
News365.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun ölümünün cinayət xarakteri daşımadığı bildirilib.
Qeyd edək ki, Tropin 1996-cı ildə ədliyyə nazirinin müavini olub.