Güllələnən müəllim keçmiş vəzifəli şəxsin nəvəsi imiş

Güllələnən müəllim keçmiş vəzifəli şəxsin nəvəsi imiş
06 Fev 2026 23:40

Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

News365.az xəbər verir ki, güllə yarası alan riyaziyyat müəlliməsi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəli şəkildə vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada