2022-ci ildə Niderlandın Maastrixt şəhərində keçirilən incəsənət sərgisində oğurlanmış artefakt tapılıb. 3 500 illik heykəl Misirə geri qaytarılıb.
News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Niderland polisi və Niderland İrs İdarəsi tərəfindən 2025-ci ildə aparılan araşdırmalar nəticəsində heykəlin beynəlxalq incəsənət bazarına çıxarılmazdan əvvəl, böyük ehtimalla 2011-ci il "Ərəb baharı" iğtişaşları zamanı Misirdən oğurlandığı və qanunsuz yollarla ölkədən çıxarıldığı müəyyən edilib.
Geri qaytarılan artefakt daş başlıq olub və əslində Misir fironu III Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövrünə aid yüksəkvəzifəli məmurun heykəlinin bir hissəsi hesab edilir. Tarixi əsər Misirin cənubunda yerləşən Luksor şəhərindən aparılıb.
