"Tərbiyəsizləri xalqa sırayıb, xalqın qəhramanı edirlər". Bu sözləri məşhur müğənni Nadir Qafarzadə deyib. Sənətçi bildirib ki, efirin çox böyük təsir gücü var. Burda kimisə görən uşaq onu özünə nümunə götürə, bir növ ondan tərbiyə ala bilər. "Tik-Tok"da məşhurlaşan tərbiyəsizləri efirə çağırmaq olmaz. Efir onların yeri deyil:
"Müasirlik adi ilə pozğunluğu təbliğ edən adamları xalqa tanıtmağın özü də böyük tərbiyəsizlikdir".