Çində hotellərdə qonaqların gizli kameralarla qanunsuz şəkildə lentə alındığı və görüntülərin internet üzərindən satıldığı geniş şəbəkə ifşa edilib.
News365.az xəbər verir ki, araşdırmalara görə, qeyri-qanuni fəaliyyət uzun müddət davam edib və çoxsaylı obyektləri əhatə edib.
Hüquq-mühafizə orqanları şəbəkənin təşkilatçılarını və yayım kanallarını müəyyənləşdirmək üçün istintaqı davam etdirir.
Hadisə ölkədə məxfilik və şəxsi həyatın toxunulmazlığı ilə bağlı ciddi narahatlıqlara səbəb olub.