Sumqayıt məktəblərində insident oldu

Sumqayıt məktəblərində insident oldu
12:49

Sumqayıt məktəblərində insidentlər baş verib.

News365.az sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada