Xəbər verdiyimiz kimi bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin fərdi təqaüdünə layiq görülən şəxslərdən biri isə aktyor Sabir Məmmədovdur.
Sabir Məmmədov bununla bağlı təəssüratlarını Ölkə.az-a bölüşüb.
O, bu xəbəri ilk dəfə media vasitəsilə öyrəndiyini bildirib. Təqaüd xəbəri onu son dərəcə sevindirib:
"Fərdi təqaüd aldığımı xəbər saytlarını oxuyanda öyrəndim. Bu, mənim üçün olduqca xoş bir xəbər oldu. Özümü çox xoşbəxt hiss edirəm. Bu, illərlə mədəniyyət sahəsində çalışan bir sənət adamı üçün böyük stimul və mənəvi dəstəkdir."
Sabir Məmmədov, eyni zamanda Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib:
“Cənab Prezidentə həm öz adımdan, həm də bütün mədəniyyət işçiləri adından təşəkkür edirəm. Hər zaman bizi diqqətdə saxlayır, teatr və sənət adamlarına dəyər verir”.