"Xankəndində Qarabağ universitetinin yaradılması vacib hadisədir" - Fərrux Rüstəmov

"Xankəndində Qarabağ universitetinin yaradılması vacib hadisədir" - Fərrux Rüstəmov
29 Noy 2023 16:49

"Xankəndi şəhərində Qarabağ universitetinin yaradılması çox mühüm ictimai, siyasi, istisadi, elmi pedoqoji bir hadisədir".

Bu sözləri News365.az-a müsahibə verən Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov deyib.

" Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ universitetinin yaradılması çox mühüm ictimai, siyasi, istisadi, elmi pedoqoji bir hadisədir. Həm də Qarabağda mövcud olan ali təhsil ənənələrinin yenidən bərpasıdır. Qeyd edim ki, 1968-1969-ci il tədris ilində Azərbaycan Dövlət Pedoqoji inustutunun indiki Azərbaycan dövlət pedoqoji universitetinin Xankəndində fiialı yaradılmışdır. Həmin filialın məqsədi Qarabağ bölgəsindəki Azərbaycan məktəbləri və mövcud olan erməni məktəblərini pedoqoji kadrlarla təmin etmək idi. 1972-ci ildə filalda 4 fakültə, 30 qrup, 720 nəfər tələbə təhsil alırdı ki, onlarında təhsil tərbiyəsi ilə 50-ə yaxın müəllim məşqul olurdu. 1973-cü ildə Xankəndi pedoqoji inustutu təşkil edildi. 1973-1988- ci illərdə mövcud olduğu illərdə Xankəndi pedoqoji inustutunda 3minə yaxın müəllim kadrlar hazıranmışdır. İnustut bağlanana yaxın 1988-ci ildə Xankəndi pedoqoji inustutunda 10 kafedra fəaliyyət göstərirdi, 102 müəllim çalışırdı ki, onlardanda 4 nəfəri elmlər doktoru professor 36 nəfəri elmlər namizədi dosenti idi. 17 nəfər gənc aspiranturada öz tədqiqatların davam etdirirdi. Çox təəssüf ki, 1988-ci ilin mayın 16-da erməni silahlıları tərəfindən Azərbaycan filialları bütövlükdə Xankəndindən qovuldu. Pedoqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapdı. Şuşa mədəni maarif texnikomunu tədris binasında və yataqxanasında yerləşdirildi. Çox təəssüf ki, sonralarda burdan da getmək məcburiyyətində qaldı, köçgün həyatı yaşadı. Azərbaycan dövlət pedoqoji universitetinin fakültəsi kimi fəaliyyətə başladı, filial kimi fəaliyyət göstərdi. Sonradan Şuşanın alınmasından bir qədər əvvəl isə Ağcabədiyə köçürüldü və Azərbaycan dövlət pedoqoji universitetinin filialı kimi Ağcabədidə fəaliyyət gösdərdi. Bu gündə həmin filial Ağcabədi kimi öz fəaliyyətini davam etdirir.  Xüsusilə Xankəndidə Qarabağ universitenin yaradılması bizə böyük ümidlər verir ki, həmin fakültə də yəqin ki, o universitetin tərkibində ixtisas, fakültə olaraq öz fəaliyyətini davam etdirəcək. Qarabağ universiteti yalnız bir ixtisasdan ibarət olmayacaq, regionun iqtisadi inkişafını təmin edə biləcək yüksək ixtisaslı kadrlar olacaq. Hətta tibb fakültəsinin açılması nəzərdə tutulur, iqtisadiyyat fakultəsi, pedoqoji, sənaye, kənd təsərüfatı və.s. müxtəlif ixtisaslar açılacaqdır. Bu da bütövlükdə Qarabağın Şərqi Zəngəzurun o ərazidəki bizim  kadr ehdiyaclarımızı, iqtisadiyyatçılara olan ehdiyaclarımızı ödüyəcək. Bu çox vacib hadisədir. Azərbaycan təhsil tarixində Xankəndində Qarabağ Universitetinin açılması Azərbaycanın  təhsil tarixinə qızıl hərflərlə yazılacaq bir gün olacaq. Biz buna görə cənab prezidentə, onun müzəffər ordusuna borcluyuq. Qarabağda 44 günlük müharibədən sonra, 1 günlük antiterror əməliyyatından sonra bizim ərazilərimiz tamamilə düşman tapdağından azad edildi. Uzun illərdir ki, erməni tapdağı altında, erməni işğalı altında qalan Xankəndi bütövlükdə Azərbaycanın nəzarətinə keçdi. Xankəndidə təbii ki, universitetlə yanaşı ortaümumi təhsil məktəbləri, musiqi məktəbləri, peşə məktəbləri fəaliyyət göstərəcək. Çox vacib məsələdir. Digər tərəfdən Qarabağ universitetinin yaradılması və şəhərdəki Universitet sıxlığını müəyyən qədər aradan qaldıra biləcək ki, həmən rayonlardan olacaq xeyli məcburi köçgünlərimiz var ki, Bakıda ali təhsil alırlar. Əgər Xankəndində böyük Qarabağ Universiteti yaranacaqsa, böyük kompus olacaqsa, böyük yataqxanalar olacaqsa tələbələr orada olacaqlar. Digər tərəfdən biz ehtimal edirik ki, İngilis dili fakültələri də olacaqki, xaricdən tələbələr cəlb edə biləcəyik. Çünki müasir bir təhsil infarsturukturu olacaq, xaricdən tələbələr də təhsil alacaqlar. Onlarda gələcəkdə bizim təbii təbliğatçılarımız olacaq, bizim səfirlərimiz olacaq. İşğaldan azad olunmuş şəhərlərdə universitetlərin yaradılması o qədər inandırıcı görünmür. Ancaq həmin şəhərlərdə kolleclər, peşə məktəbləri təbii k, orta məktəblər yarana bilər. Məsələn ADA universiteti Şəkidə özünün fakültəsini yaradıb. Bunlar ekspert tərəfindən araşdırılacaq, ümumiləşirilib müvafiq tapşırıqlar, tövsiyələr verilməlidir və onun əsasında da müvafiq qərarlar qəbul edilməlidir. Mən Qarabağ Universitetinin açılması münasibəti ilə xalqımızı təbrik edirəm, pedoqoji ictimaiyyəti təbrik edirəm.  Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və onun müzəffər ordusuna eşq olsun deyirəm"- deyə fikirlərini bizimlə bölüşüb. 

Vəfa Vəliyeva


Sizin reklam burada
Sizin reklam burada