Xamenei sığınacağa köçürüldü

Xamenei sığınacağa köçürüldü
24 Yan 2026 22:40

İranın ali rəhbəri Əli Xamenei hərbi və təhlükəsizlik rəsmilərinin ABŞ-dan mümkün hücum təhlükəsinin artması ilə bağlı açıqlamaları fonunda Tehranda xüsusi yeraltı sığınacağa köçüb.

News365.az xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.

Məlumata görə, Xameneinin oğullarından biri olan Məsud Xamenei ali rəhbərin aparatının gündəlik idarəçiliyini öz üzərinə götürüb.

Artan gərginlik və mümkün xarici təhdidlər səbəbindən təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada