Xalq artisti Ramiz Quliyevin səhhəti yaxşılaşır

Xalq artisti Ramiz Quliyevin səhhəti yaxşılaşır
10:51

Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət dinamika hiss olunur.

News365.az xəbər verir ki, bu barədə sənətçinin oğlu əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir:

"Əsas narahatlıq verən tənəffüs sistemi idi ki, artıq bu da bərpa olunur, özü nəfəs alır. Eləcə də digər orqanlarında da bərpa istiqamətində irəliləyiş hiss olunur".

Əyyub Quliyev müalicənin müsbət nəticəsindən asılı olaraq, Xalq artistinin evə buraxıla biləcəyinin mümkün olduğunu da əlavə edib

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.


Sizin reklam burada
Sizin reklam burada