Xaçmazda avtomobil çaya aşıb

Xaçmazda avtomobil çaya aşıb
12 İyl 2025 23:35

Xaçmaz-Niyazabad kənd yolunda yol nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, çimərliyə aparan yolda "Range Rover" markalı avtomobil idarəetməni itirərək Qudyalçaya aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada