Tanınmış müğənni Mətanət İsgəndərli icazəsiz şəkildə mahnılarının ifa edilməsinə narazılığını bildirib. O, məsələ ilə bağlı bunları deyib:
"Mən əziyyət çəkirəm, xərc çəkirəm, studiyalarda vaxt itirirəm, aranjeman etdirirəm, zəhmət çəkirəm. Sonra da mənim xəbərim olmadan mahnılarımı oxuyurlar."
Mətanət İsgəndərli vurğulayıb ki, yalnız bəzi müğənnilər icazə alaraq onun mahnılarını ifa edib: "Bunu məndən iki dəfə Mirxalid oxumuşdu, icazə də aldı. Əbdülxalid də oxumuşdu, yadımdadır, anası rəhmətə gedən vaxtlar idi."
İfaçı "əkiz bacılar"ın onun mahnılarını oxuduğuna dair suallara isə belə cavab verib: "Yox, onlardan mənim xəbərim yoxdur. Heç məndən icazə də almayıblar, heç eşitməmişəm də. Mən onlara rast gəlməmişəm."
Müğənni sənət adamlarının bir-birinə hörmət etməli olduğunu vurğulayaraq əlavə edib: "Heç olmasa, icazə istəsinlər, bir halallıq alsınlar. Belə şey olmaz."