İsrail təyyarəsi Suriya aerodromunu raketlə vurdu

İsrail təyyarəsi Suriya aerodromunu raketlə vurdu
09:07

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyanın cənubundakı hərbi aerodroma hücum edib. 

Bu barədə Rusiya mediası öz mənbəsinə istinadən məlumat yayıb.

"İsrailə məxsus döyüş təyyarəsi Suriya hava məkanına daxil olaraq Şimali Suveyda əyalətindəki Xalxala Hərbi Hava Qüvvələri bazasına bir neçə raket zərbəsi endirib",- məlumatda qeyd edilib.

Qeyd edilib ki, aerodromun ərazisində hələ də partlayış səsləri eşidilir və güclü yanğın müşahidə olunur.

Tural


Youtube kanalımız