Los Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristin Krouli diqqət çəkən açıqlamalar verib. NBC News-un yaydığı məlumata görə, o, şəhərin meşə yanğınlarının qarşısını ala bilməyəcəyini bir ay əvvəl xəbərdarlıq edibmiş.
Krouli deyibmiş ki, büdcənin 18 milyon dollara yaxın azaldılması onun genişmiqyaslı fövqəladə hallara reaksiyasına təsir göstərəcək.
Lakin Kroulinin xəbərdarlığına baxmayaraq, 17,8 milyon dollarlıq büdcə kəsilməsi Los Anceles meri Karen Bass tərəfindən təsdiqlənib.
"İxtisarlar... Bu, təbii ki, departamentin irimiqyaslı fövqəladə hallara, o cümlədən meşə yanğınlarına hazırlaşmaq, təlim keçmək və cavab vermək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”, - məqalədə Kroulinin xidməti xatirəsindən sitat gətirilib.
Bununla belə, mer Bass büdcənin kəsilməsinin Sakit Okean Palisades yanğınına və digər meşə yanğınlarına reaksiyaya təsir etmədiyini iddia edib.
Tural