Avropa ölkələri mümkün qədər tez müdafiə imkanlarını gücləndirməlidirlər. Lakin NATO Rusiyanı cilovlamaq üçün lazım olan səviyyədən üçdə bir qədər geridə qalır.
Bu barədə Financial Times qəzeti yazır.
Məqalədə bildirilir ki, Avropada iki "elementin" gələcək birliyi fonunda böhran yaranır. Söhbət Rusiya tərəfindən artan təhlükə və yeni seçilmiş prezident Donald Tramp administrasiyasının artan laqeydliyindən gedir.
Məqalə müəllifləri qeyd ediblər ki, Rusiyanın hərbi qüvvələri hazırda 2022-ci ildəki sayından çoxdur. NATO-nun baş katibi Mark Rutte isə qeyd edib ki, Rusiya böyük miqdarda tank, zirehli maşın və sursat istehsal edir.
Avropa ölkələrində isə əksinə olaraq hərbi əməliyyatlar aparmaq üçün hərbi personal və texnika çatışmır. Xüsusilə, 2024-cü ilin əvvəlində Britaniya ordusunun sayı cəmi 73 520 nəfər idi - bu, 1792-ci ildən bəri ən aşağı göstərici sayılır. Almaniyada isə cemi 64 min nəfər orduda xidmət edir.
Tural