Nəyə görə Bakıda İrəvan prospektinin adı özünə qaytarılmır? - Alimdən ETİRAZ

Nəyə görə Bakıda İrəvan prospektinin adı özünə qaytarılmır? - Alimdən  ETİRAZ
09:15

Hesab edin ki, vaxtilə Nəsimi rayonu ərazisində olmuş İrəvan prospektinin adı bərpa edilib. O ərazidə camaatın "Ermənikənd" dedikləri yer indi İrəvan prospekti kimi xalqa təqdim olunur.  

“Xalqlar dostluğu” metro stansiyasının adının dəyişdirilib Zəngəzur adlanması gözəl olardı.

Göyçə və Dərələyəz adlı küçələr, Qərbi Azərbaycan adlı prospektlər yaradılsa, Azərbaycanın müxtəlif rayonlarında nə gözəl olardı.

Bakıda Rəvan Qulu xanın abidəsi qoyula, üzü də birbaşa İrəvana sarı.

İrəvanın qəhrəman xanı Hüseynqulu xanın adı əbədiləşə və Rusiya kimi işğalçı dövlətə qarşı savaşan Xanın adına küçə verilə, Bakıda.

Sonuncu İrəvan xanı Dilqam Ahmad dəvət edilə və Azərbaycanda Cümhuriyyət muzeyi təsis edilə  və biz orda gedib nəinki Azərbaycan Cümhuriyyətinə aid, Qərbi Azərbaycan, İrəvan xanlığına dair eksponatlar, sənədlər, geyimlər, silahlara baxaq.

Necə də gözəl olar… Bir də o gözəl olar ki, qatarla Qarabağ ərazisindən Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana gedəsən…

Zaur Əliyev, tarixçi alim


Youtube kanalımız