Uşaqlar
arasında ən çox istifadə edilən dərmanlardan biri Vitamin D-dir. Pediatrlar demək
olar ki, hər uşağa bu vitamini tövsiyyə edir.
Mövzu ilə bağlı News365.az -a danışan
pediatr Vaqif Qarayev deyir ki, qədim əyyamlarda VitD ancaq pediatrlar üçün
maraqlı idi:
“Sovetin təlimatlarına
görə uşağa bu preparatı təyin etməyən həkimin pişiyini ağaca dırmaşdırardılar. İndi
zaman dəyişib. Təbii ki, təbabətdə də baxışlar dəyişir. Praktik təbabətdə elə
bir ixtisas sahibi yoxdur ki, pasiyentində vitD-ni yoxlatmasın. Hətta pandemiya
dövründə bəzi alimlər COVİD19- un müalicəsində vitD-ni az qala panaseya kimi təqdim
edirdilər. VitD orqanizmi respirator viruslardan qoruyur.Belə deyirlər... Odlar
Yurdu insanında vitD az ola bilərmi? Məntiqlə olmaz, ya da nadir hallarda olar.
Amma indi qanında vitD normal olan insana nadir halda rast gəlinir. Uşaqlı-böyüklü
hamı telefona, kompyuterə qapanıb. Günəşə düşmən kimi baxırıq...”
News365.az