Konqo Demokratik Respublikasının şərqində yeni Ebola yoluxmalarının təsdiqləndiyi vaxtadək xəstəliyin yayılması artıq son illərin ən böyük epidemiyalarından birinə çevrilib.
News365.az “Reuters”ə istinadla xəbər verir ki,“cavab tədbirləri ilə tanış olan iki konqolu rəsmi bildirib ki, bir sıra çətinliklər və yol verilən səhvlər virusun vaxtında aşkarlanmasını gecikdirib. Bu səbəbdən Ebola ölkənin şərqində üsyançıların nəzarətində olan ərazilərdə gizli şəkildə yayılıb.
Məlumata əsasən, xəstəlik daha sonra sərhədi keçərək Uqandanın paytaxtına qədər yayılıb. Rəsmilər gecikmiş müdaxilənin epidemiyanın nəzarətdən çıxmasına səbəb olduğunu qeyd ediblər.