Vens Pakistana gedəcək? - YENİLƏNDİ

Vens Pakistana gedəcək? - YENİLƏNDİ
19:55

ABŞ Prezidenti Donald Tramp Amerikanın BMT-dəki səfiri Mayk Uoltsın vitse-prezident Cey Di Vensin İranla danışıqların ikinci mərhələsi üçün Pakistana gedəcəyi ilə bağlı açıqlamalarını təkzib edib.

"ABC News"un müxbiri Conatan Karl bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Prezident Tramp mənə Vensin İslamabada getməyəcəyini dedi. O, dedi ki, problem təhlükəsizlik məsələsindədir – Məxfi Xidmət bunu 24 saat ərzində edə bilməyəcək", - jurnalist yazıb.


***

ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin İran-ABŞ danışıqlarının növbəti mərhələsində İslamabada səfəri ilə bağlı ziddiyyətli açıqlamalar verilib.

ABŞ Prezidenti Donald Tramp “ABC News”a bildirib ki, Vens təhlükəsizlik narahatlıqları səbəbindən Pakistana getməyəcək və nümayəndə heyətinə rəhbərlik etməyəcək.

Trampın sözlərinə görə, bu qərar yalnız təhlükəsizliklə bağlıdır: “Bu, yalnız təhlükəsizlik baxımındandır. Ceyms Devid əladır”, - deyə o qeyd edib.

Bundan əvvəl ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts və enerji naziri Kris Rayt Vensin bazar ertəsindən etibarən İslamabadda keçiriləcək danışıqlara rəhbərlik edəcəyini bildirmişdilər.

Lakin sonradan Ağ Evdən verilən məlumat bu planı dəyişdirib və nümayəndə heyətinin tərkibi yenidən formalaşdırılıb.

Ağ Evdən CNN-ə bildirilib ki, Vens xüsusi elçi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə birlikdə İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada