Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi
17:30

Roma Papası XIV Leo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News365.az xəbər verir ki, məktubda deyilir:

    "Zati-aliləri.

    Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.

    Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq, hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım göstərərək həmişə sülhün tərəfdarı olsunlar.

    Zati-alinizə, dövlət işlərinə məsul şəxslərə və bütün həmvətənlərinizə İlahidən xeyir-dua diləyirəm".


    Sizin reklam burada
    Sizin reklam burada