DÇ-2026: İran millisinin oyunçuları viza alıb

DÇ-2026: İran millisinin oyunçuları viza alıb
22:40

Futbol üzrə İran milli komandasının oyunçuları ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak etmək üçün viza alıblar.

News365.az xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə məlumat verib.

"İran millisinin oyunçuları üçün vizalar futbolçuların şəxsi iştirakı tələb olunmadan və Meksika səfirliyində barmaq izi götürülməsi prosedurundan keçmədən 48 saat ərzində verilib", - deyə o bildirib.

Mayın 24-də İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat vermişdi ki, FIFA İran millisinin dünya çempionatındakı bazasının ABŞ-dən Meksikaya köçürülməsini təsdiqləyib.

Qeyd edək ki, İran yığması qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirməlidir. İran komandası Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə eyni qrupda yer alıb.

Turnir iyunun 11-dən iyulun 19-na dək keçiriləcək. Yarışda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada