Venesuela gələcəkdə Rusiya avtomobillərinin istehsalına başlamağı planlaşdırır. Bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto “İzvestiya”ya müsahibəsində bildirib.
“Əlbəttə, bu, mümkündur”, - deyə o, müvafiq suala cavab verərkən deyib.
Ölkənin baş diplomatı vurğulayıb ki, rəsmi Karakas artıq Rusiya şirkətlərini Venesuelada istehsalın lokallaşdırılmasına da dəvət edib. Onun sözlərinə görə, bu, Venesuela bazarında genis işlərə yol açacaq, həmçinin Latın Amerikası və Karib hövzəsinin digər ölkələrinin bazarlarının tələbatını ödəməyə imkan verəcək.
Qeyd edək ki, Rusiya avtomobil sənayesi ağır böhran dövrünü yaşayır.
Tural