Venesuelada aparılan geniş amnistiya çərçivəsində çox sayda məhbus, o cümlədən siyasi məhbusların bir hissəsi azadlığa buraxılıb.
News365.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, Milli Assambleyanın rəhbəri Xorxe Rodrigez bunu “cəmiyyətdə barışıq mühitini möhkəmləndirmək və sosial həmrəyliyi artırmaq” məqsədilə atılmış addım kimi dəyərləndirib.
Azadlığa buraxılan şəxslər arasında yerli və xarici vətəndaşların olduğu bildirilir. Bununla belə, hüquq müdafiəçiləri prosesin tam olmadığını qeyd edir. Foro Penal təşkilatı ölkədə hələ də yüzlərlə siyasi məhbusun saxlandığını vurğulayıb.