Vacib görüş öncəsi Əraqçıdan qalmaqallı açıqlama

Vacib görüş öncəsi Əraqçıdan qalmaqallı açıqlama
14:02

"İran uranı dinc məqsədlər üçün zənginləşdirməyə davam edəcək".

News365.az xəbər verir ki, bunu RT telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

"1979-cu il İran İnqilabından əvvəl ABŞ tərəfindən inşa edilən Transmilli Tədqiqat Reaktoru Tehranda fəaliyyət göstərir. Reaktor bir milyondan çox iranlının ehtiyac duyduğu xərçəng və digər xəstəliklərin müalicəsi üçün radioizotoplar istehsal edir və 20% zənginləşdirilmiş yanacaqdan istifadə edir", - deyə nazir bildirib.

Əraqçı vurğulayıb ki, İran nüvə proqramı üzərində işləyərkən dinc məqsədlərdən və ehtiyaclardan kənara çıxmır.

Qeyd edək ki, İranın XİN rəhbəri bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə texniki məsələlərin müzakirəsi üçün Cenevrədə görüş keçirəcəyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada