Uzunömürlülük yalnız 10% genlərlə irsi keçirmiş

Uzunömürlülük yalnız 10% genlərlə irsi keçirmiş
28 May 2025 11:54

Ailədə uzunömürlülüyün irsi keçməsi yalnız 10% genlər tərəfindən müəyyən edilir. Uzunömürlülükdə əsas amillər isə həyat tərzi və vərdişlərdir. Bu barədə Gazeta.Ru-ya tibb elmləri namizədi, Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi-Kliniki Mərkəzi nəzdində Qocalmanın Öyrənilməsi İnstitutunun elmi işçisi Mixail Bolkov bildirib.

Alimin sözlərinə görə, elə uzunömürlü ailələr var ki, orada əhalinin orta göstəriciləri ilə müqayisədə nəsildən-nəslə rekord yuxarı yaş göstəriciləri müşahidə olunur. Üstəlik, bu, çətin xarici təsir şəraitindən asılı olmayaraq baş verir.

"Uzunömürlülük geninin axtarışı həmişə elm adamlarını maraqlandırıb. Onun kəşfi bizə uzunömürlülük üçün məqsədyönlü gen terapiyasını inkişaf etdirməyə imkan verəcək. Təəssüf ki, müəyyən gen variantlarının rolunu təsdiqləyən bir sıra tapıntılar olsa da, lakin ümumilikdə heç bir unikal resept tapılmayıb", - Bolkov Gazeta.Ru-ya bildirib.

Alim qeyd edib ki, genetikanın ailələrdə uzunömürlülüyü, eləcə də ətraf mühit faktorlarının və həyat tərzinin rolunu üzə çıxaran başqa araşdırmalar da var. Mütəxəssisin fikrincə, irsiyyətin rolu çox vaxt həddindən artıq yüksək qiymətləndirilir.



Tural


Sizin reklam burada
Sizin reklam burada