“Uşaqlar
arasında tutmaşəkilli, boğucu öskürək artıb. Öskürək 3-5 günə keçirsə, təhlükəli
deyil. Bu hal adi mövsümi viruslardan ola bilər”.
Bunu News365.az-a pediatr Vaqif
Qarayev deyib. O bildirib ki, bunu yalnız həkim müəyyənləşdirə bilər:
“Amma öskürək
uzun müddət davam edərsə, göyöskürək və göyöskürəyə bənzər xəstəlik haqqında düşünmək
olar. Peyvəndli uşaqlarda göyüökürəyə bənzər xəstəliyə rast gəlinir. Göyöskürəyə
nisbətən tutmalar daha yüngül olur. Həm uzun çəkmir. Göyöskürək tutmaları isə
daha aqressivdir, həm ağırlaşmaları təhlükəlidir. Daha çox peyvəndsiz uşaqlarda
rast gəlinir. İstənilən öskürək siroplarından istifadə düzgün deyil! Bütün
hallarda uşaq müayinə olunmalı və düzgün diaqnoz qoyulmalıdır. Ən əsası uşaqları
peyvənd etdirin”
News365.az