Xankəndində Azərbaycan Prezidenti ilə İran Prezidentinin görüşündə diqqət çəkən bir məqam var. Divarda asılan xalça.
Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işarədir
Buxara motivi seçilməsi siyasi yox, mədəni və neytral seçimdir.İran və Azərbaycanın ortaq Şərq dəyərlərinə, xalçaçılıq mədəniyyətinə hörmətin. göstəricisidir.Qarabağın ortasında bu cürə universal simvol seçilməsi həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün diplomatik balansı əks etdirir.
Azərbaycan, İran və Türkmənistan xalçaçılığı arasında ortaq gül motivləri var. Bu xalça həmin ortaq mədəni kodlara işarədir.Görüş zamanı bu xalça siyasi deyil, mədəni zənginlik mesajı verir.Qarabağ xalçası seçilsəydi, bu daha çox milli mesaj olardı və diplomatik cəhətdən həssas ola bilərdi.İran tərəfi ilə görüşdə daha neytral “Buxara tərzi xalça” seçilib ki, sakitlik, hörmət və tərəfsizlik mesajı verilsin.
Lakin burda gizli bir mesaj da var.
Bu xalçada sumblminal olaraq Bütöv Azərbaycana işarə var:
"Günbəzin içində xalça və xalçada olan iki naxış. Günbəz saraydır xalça sarayın içində yəni şahın taxtında naxışlarıda Cənub və Şimal xalçanın içərisində birləşərək şahın taxtında əyləşir"
Azərbaycan diplomatiyası son beş ildə bütün kodlardan və mesajlardan peşəkarcasına istifadə edir.