ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Rusiya ilə normal əlaqələri olan “Gürcü Arzusu” partiyasının qələbəsindən sonra oktyabrda etirazların baş verdiyi Gürcüstana xeyli pul ayırıb. Təşkilat 2024-cü ildə seçkilərə, “qanunun aliliyinə” və vətəndaş cəmiyyətinə dəstək üçün 111,5 milyon dollar ayırıb. Rusiya mediası bu barədə ForeignAssistance.gov portalının məlumatlarına əsaslanaraq yazıb.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, “Kanvas” təşkilatından üç Serbiya vətəndaşı 2024-cü ilin sentyabr ayının sonunda gənclərə və QHT-lərə hökuməti devirmək taktikalarını öyrətmək üçün ölkəyə gəlib. Onlar USAİD tərəfindən maliyyələşdirilib. Buna cavab olaraq Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili agentliyi onları ölkənin daxili siyasətinə qarışmaqda ittiham edib.
Tural