Bu diskin sirri hələ də çözülməyib - FOTO

Bu diskin sirri hələ də çözülməyib - FOTO
19:30

Üzərində 241 simvol olan 3700 illik diskin sirri hələ də kəşf edilməyib. 

News365.az xəbər verir ki,  disk 1908-ci ildə italyan arxeoloq Luigi Pernier tərəfindən Fesdosdakı Minos sarayında aparılan qazıntılar zamanı kəşf edilmişdir (Yunanıstan). Diskin diametri təxminən 15 sm-dir və hər iki tərəfi spiral şəkildə yazılmış 45 ayrı işarənin ümumilikdə 241 nümunəsindən ibarətdir.


Bu işarələr yumşaq gildən hazırlanmış və bişirilmədən əvvəl damğalanmışdır. Diskin saxtalığı ilə bağlı bəzi iddialar olsa da, arxeoloqlar tərəfindən orijinal bir əsər kimi qəbul olunur.

Bunun həqiqətən bir yazı sistemi olub-olmadığı məlum olmasa da, deşifrə etmə cəhdlərinin əksəriyyəti onun yazı sistemi olduğunu fərz edir; çoxları bunu hecalı yazı sistemi, bəziləri isə əlifba və ya loqoqrafik sistem olduğunu güman edir.

 Girit adasında tapılan 3700 illik "Phaistos diski"nin üzərindəki bəzi simvollar:

Tüklü baş, uşaq, qadın, əlcək, tac, ox-yay, mişar, məhbus, balta, zambaq, göyərçin, pişik və s. Hər yerdən çıxan pişik!


Sizin reklam burada
Sizin reklam burada