Bloomberg Milyarderlər İndeksinin (BBI) yenilənmiş məlumatlarına əsasən, rusiyalı milyarderlərin kapitalı 2024-cü ilin yanvarından 24,6 milyard dollar artıb.
İndeksə əsasən, Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potaninin sərvəti 3,83 milyard dollar artaraq 31,7 milyard dollara çatıb. “Metalloinvest”in səhmdarı Əlişir Usmanov da kapitalını 3,17 milyard dollar artırıb (16,4 milyard dollara qədər). Eyni zamanda, NLMK İdarə Heyətinin sədri Vladimir Lisin anti-lider oldu - onun aktivləri 1,68 milyard dollar (24,1 milyard dollar) azalıb.
Agentlik reytinqi şirkətlərin birja kotirovkalarına əsasən hesablayıb. 2012-ci ildən dünyanın ən zəngin 500 adamı haqqında məlumatları dərc edən BBI, aktivlərin bazar dəyərinə əsaslanaraq sərvət dinamikasını qeyd edir.
Tural