Heydərov imtina etdi, bu turnirdə tatamiyə çıxmayacaq

Heydərov imtina etdi, bu turnirdə tatamiyə çıxmayacaq
10:31

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.

News365.az xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə qatılmayacaq.

H.Heydərovun hansı səbəbdən tatamiyə çıxmayacağı hələlik bəlli deyil.

Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 final mərhələsində yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada